...amma sabah həmin diplomlu övladın layiqli bir iş əldə etmə perspektivi hələ ki, şübhə altındadır
Diplom həsrətli valideynlər...

...Bu gün daha yaxşı yaşamaq üçün hansı daha çox önəm kəsb edir: universitet diplomu, yoxsa qaynaqçı şəhadətnaməsi? Əslində, “qonşudan qalma dala” prinsipi biz azərbaycanlıların daxilimizdə hələ qədimdən kök salıb. Yadımdadır, ali təhsil uzun müddət Sovet dəyərləri sistemində də əsas prioritetlərdən biri olaraq qalırdı. Belə ki, əksər valideynlər övladlarına universitet diplomu almaq üçün, az qala hər yola gedirdilər. Təbii ki, çox vaxt burada övladın savadının olub-olmaması da elə bir önəm kəsb etmirdi. Sadəcə olaraq, qonşunun övladı ali təhsil alırsa, bəs onda mənim övladım niyə almamalıdır?

Maraqlıdır ki, bu günlərdə rus saytlarından birində, bəlkə də bizlərdə bəzilərinə qəribə görünəcək bir yazı ilə rastlaşdım.

Bu il rusiyalı gənclərin karyera ambisiyalarında dönüş baş verdiyini bildirən yazı müəllifi onların əksəriyyətinin, əvvəllərdə olduğu kimi, universitetlərə yox, orta ixtisas təhsili müəssisələrinə üz tutduğunu bildirir. Təbii ki, bunun da əsası var.

Məsələn, mən bu yaxınlarda “HeadHunter” internet işə götürmə şirkəti səlahiyyətlisinin bir açıqlaması ilə rastlaşmışdım. Həmin açıqlamasında şirkət səlahiyyətlisi bu gün Rusiyada təcrübəsi olmayan “proqramistlərdən” daha çox tornaçılara, çilingərlərə və “santexnik”lərə tələbat olduğunu bildirirdi.

Məncə, bu gün həyatda uğur, müvəffəqiyyət qazanmaq təkcə ali məktəb diplomuna sahib olmaqla bitmir. Mən bununla bağlı xeyli nümunə də göstərə bilərəm. Məsələn, amerikalı ixtiraçı və sahibkar Tomas Edison və ya dünyanın ən varlı adamı, eyni zamanda ictimai xadim kimi tanınan Bill Qeyts universitet-filan bitirməyiblər. Amma bu gün onlar Amerika iyerarxiyasının ən yüksək pillələrinə qalxıblar. Yəni dünyanın tanınan şəxsləri olublar. Nəyin hesabına, təbii ki, ilk olaraq bağarıq, qabiliyyət və s. hesabına...

...Gəlin etiraf edək ki, bu gün əksər dünya ölkələrində “makroiqtisadi qələbələr” haqqında qalibiyyətli xəbərlərə baxmayaraq, insanların gəlirləri ildən-ilə azalmaqdadır. Əslində bəzi istinalar olsa da etiraf etməliyik: yaşamaq çətinləşir. Amma buna baxmayaraq, bizlərdə hələ də övladına ali məktəb diplomu almaq istəyəb valideynlərin əvvəlki istəyi hələ də səngimir. Onu da nəzərə alaq ki, ali təhsil ailə büdcəsinə ağır bir yük olmaqdan əlavə, sabah həmin diplomlu övladın layiqli bir iş əldə etmə perspektivi də hələ ki, şübhə altındadır.

...Gərək ki, Leninin fikridir, deyir ki, ali məktəb öyrətmir, sadəcə olaraq, öyrənməyin yolunu göstərir, yəni həyatda hər şeyə istehsalatda işləyib öyrənməklə nail olmaq olar.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə