Humanizmin, mərhəmətin simvolu - Tovuzdan gələn TƏBRİK!!!

Humanizmin, mərhəmətin simvolu - Tovuzdan gələn TƏBRİK!!!

Əbədiyaşar müdrik rəhbərimiz, bənzərsiz dünyəvi Lider Heydər Əliyevin siyasi varisi Prezidentimiz İlham Əliyevlə bu siyasəti çiyin-çiyinə davam etdirən, regionda və dünyada humanizmi, insanpərvərliyi, sülhü, əmin-amanlığı, qardaşlığı, dostluğu geniş və əhatəli şəkildə təbliğ və icra edən xanım siyasətçi kimi Sizə dərin təşəkkürümü bildirirəm. Xalqımızın cəsarətli, bacarıqlı, böyük idraka, fəlsəfi uzaqgörənliyə, diplomatik düşüncə tərzinə malik, Ulu Öndərin şah əsəri olan müstəqil, demokratik Azərbaycan Respublikasını daha da işıqlı, nurlu sabahlara doğru aparan dövlət xadimi kimi Sizin ad gününüz münasibətilə səmimi qəlbdən, ürəkdən təbrik edirəm.

Sizə ən yüksək dövlət vəzifəsində dünyəvi siyasi xadim İlham Əliyevin rəhbərliyi, xalqımızın ümumi dəstəyi ilə işlərinizdə uğurlar, nailiyyətlər arzu edirəm.

Sizin Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə yüksəlməyiniz Azərbaycan xalqının, dünya azərbaycanlılarının, türk dünyasının, bütövlükdə tərəqqipərvər bəşəriyyətin, beynəlxalq təşkilatların sizin yorulmaz fəaliyyətinizə, dinlərarası, sivilizasiyalararası dialoqun, multikulturalizmin, mədəniyyətin, humanizmin, mərhəmət ideyalarının, dünyada sülhün, əmin-amanlığın qorunub saxlanmasına və möhkəmləndirilməsinə, uşaqlara, sosial problemləri olan insanlara göstərdiyiniz diqqət və qayğıya, dövlətçiliyimizin daha da möhkəmləndirilməsinə, azərbaycançılıq ideologiyasının geniş və əhatəli təbliğində, icra olunmasında, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun, mövqeyinin yüksəldilməsində, bir sözlə əbədiyaşar, bəşər tarixində bənzəri olmayan Heydər Əliyevin siyasətinin dünya xalqlarının, bəşəriyyətin maraqlarına xidmət edən dünyəvi siyasi kurs olaraq daha da dünyəviləşdirilməsində olan tarixi əvəzsiz xidmətlərinizə verdikləri qiymətin təzahürüdür, təsdiqidir. Siz bu vəzifədə sizə verilən qiyməti, etimadı öz fəaliyyətinizdə daha da yüksək səviyyədə doğrultmusunuz. Azərbaycan Prezidenti İlham Əliyev bu yüksək qiymətin nəticəsi olaraq dövlətimizin və xalqımızın adından sizi layiq olduğunuz vəzifəyə təyin etmişdir.

Hörmətli birinci vitse-prezident!

Mən də sizin çoxşaxəli istimai-siyasi fəaliyyətinizə yüksək qiymət verən, milyonlarla şəxslərdən biri, media nümayəndəsi olaraq sizin bənzərsiz siyasi qadın obrazınızı dünyanın qəbul etdiyi, məsləhətləşdiyi dünyəvi siyasi xadim cənab İlham Əliyevlə birgə addımlayaraq xalqımızın ümumi rəyi və dəstəyi ilə əlçatmaz ən yüksək zirvəni - Heydər-Xalq, Xalq-Heydər zirvəsini fəth edərək onu daha da yüksəklərə ucaldaraq Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” fəlsəfəsini reallığa çevirərək Azərbaycanı dünyanın günəş kimi parlayan, nur saçan ölkəsinə çevrilməsində əvəzsiz xidmətlərinizi əsaslı faktlarla öz çıxışlarımda geniş və əhatəli təbliğ edərək, sizin saymaqla qurtarmayan titullarınızın sırasına “Azərbaycanın Milli Qəhrəmanı” adının da daxil edilməsini dəfələrlə təklif etmişəm.

Sizin birinci vitse-prezident olaraq fəaliyyətiniz bir daha təsdiq edir ki, mən heç də bu təkliflə çıxış etməkdə səhv etməmişəm. Siz, əsl xalq qəhrəmanı, Azərbaycanın Milli Qəhrəmanı adına layiq olduğunuzu milli maraqlarımızın, dövlətçiliyimizin daha da möhkəmləndirilməsi sahəsində genişmiqyaslı fəaliyyətinizlə, Ermənistan adlanan "for-post" dövlətin dəstəkçisi beynəlxalq erməni lobbisinin yalançı, qonarma, uydurma anti-Azərbaycan təbliğatının ifşa edilməsində, Xocalı soyqırımının beynəlxalq səviyyədə tanınması, ermənilərin işğalçılıq, soyqırımı, terror siyasətlərinin qətiyyətlə pislənilməsi və s. istiqamətlərdə apardığınız məqsədyönlü tədbirləri həyata keçirməklə bir daha təsdiq etmisiniz.

44 günlük Vətən müharibəsində Müzəffər Ali Baş Komandan, Ali Sərkərdəmiz, xalqımızın Milli Qəhrəmanı, Vətən müharibəsi qəhrəmanı, xalqımızın xilaskarı, XXI əsrin dünyəvi siyasətçisi, dünyanın hərb tarixinə yeniliklər bəxş etmiş Prezident İlham Əliyevlə birlikdə yorulmaq bilmədən düşmənin üzərində qələbənin əldə edilməsində çox böyük uğurlara imza atmısınız. Müharibədən sonra isə doğma Qarabağımızı qarış qarış gəzərək böyük qayıdışa hazırlıq işlərini həyata keçirirsiniz.

Siz sözün əsl mənasında xalqımızın, dünya azərbaycanlılarının, bütövlükdə tərəqqipərvər bəşəriyyətin sevdiyi Böyük İNSAN, dəyərli şəxsiyyətsiniz. XXI əsrin dünyəvi qadın siyasətçisi, hörmətli birinci vitse-prezident, Sizi bir dha ad gününüz münasibətilə səmimi qəlbdən təbrik edirəm, Sizə işlərinizdə uğurlar, yeni-yeni nailiyyətlər arzu edirəm!

Dəmir Qurbanlı,

Tovuz rayonu Dönük Qırıqlı kəndi,
Mətbuat işçisi

Bütün xəbərlər Facebook səhifəmizdə