89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev tərəfindən Ağdaş rayon, İkinci Aral kəndinin İkinci Qarabağ-Vətən Müharibəsi şəhidi Həsənov Rəvan Rövşən oğlunun doğum günü anılıb.
Şəhid ailəsinə başsağlığı bildirilərək şəhidimizin ruhu dərin hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Azərbaycan gəncliyinin vətənpərvərliyinin, əzminin bütün dünyaya nümayiş etdirildiyi, Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Möhtəşəm Qələbə nəticəsində bütün şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.
Yaşasaydı Rəvanın 20 yaşı tamam olacaqdı. Şəhid Həsənov Rəvan Rövşən oğlu 25 avqust 2001-ci il tarixində Ağdaş rayonunun İkinci Aral kəndində anadan olmuşdur.
2019-cu ilin oktyabr çağırışında həqiqi hərbi xidmətə yollanmış Rəvan İkinci Qarabağ-Vətən Müharibəsi başlayanda Füzuli və Xocəvənd uğrunda gedən döyüşlərdə qəhramanlıq göstərərək düşmənin xeyli canlı qüvvəsinin və texnikasının məhv edilməsində fərqlənmişdir. 22 oktyabr 2020-ci il tarixində Füzuli istiqamətində gedən gərgin döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur.
Ali Baş Komandan, Prezident İlham Əliyevin Sərəncamına əsasən Rəvan ölümündən sonra “Vətən uğrunda”, Füzulinin azad olunmasına görə” və “Xocəvəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.
Bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr diləyirik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB