Ağstafalı iş adamından təqdirəlayiq addım - VİDEO

Ağstafalı iş adamından təqdirəlayiq addım - VİDEO

Ağstafa rayonunun Dağ Kəsəmən kəndində şəhidlərimizin xatirəsinə inşa olunan “Xarıbülbül” və “Şəhidlərin adını əbədiləşdirən” memorial abidə kompleksinin açılışı olub, həmçinin kompleksin ətrafında inşa edilmiş istirahət parkı da istifadəyə verilib. SİA-nın bölgə müxbiri bildirir ki, açılış mərasimində Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov rayonun-hüquq mühafizə orqanlarının rəhbərləri, şəhidlərimizin doğmaları, qazi və Qarabağ müharibəsi veteranları, eləcə də rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Abidə kompleksində vətən uğrunda canlarından keçmiş Dağ Kəsəmən kəndindən olan birinci Qarabağ və Vətən müharibəsi şəhidlərimizin xatirə lövhələri həkk olunub. İştirakçılar öncə kompleks önünə çiçək dəstləri qoyaraq şəhidlərimizin xatirəsini yad ediblər. Abidəni inşa etdirən iş adamı Elşad Vəliyev bildirib ki, şəhidlərimizin bu cür xatirələrini əbədiləşdirmək bizim üçün fəxr yox borcdur.

Çıxış edən kənd ziyalıları isə bu cür abidələrin inşa edilməsinin gənclərin yüksək vətənpərvər ruhda böyüməsində xüsusi rol oynadığını bildiriblər. Sonda mərasim iştirakçıları abidə kompleksinin ətrafında inşa edilmiş istirahət parkında gəzinti edib və bu işdə əziyyəti olan hər kəsə təşəkkürlərini bildiriblər.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə