Böyük qayıdışın ilk addımları

Böyük qayıdışın ilk addımları

Masallı rayon Heydər Əliyev Mərkəzində “Böyük qayıdışın ilk addımları” adlı növbəti tədbir keçirilib. Karantin rejiminin tələblərini ciddi şəkildə gözləyən tədbir iştirakçıları öncə İkinci Qarabağ müharibəsində torpaq uğrunda canını qurban vermiş Vətən övladlarının əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Heydər Əliyev Mərkəzinin əməkdaşı Gülcahan Vəkilzadə mövzu ilə bağlı ətraflı çıxışında deyib: "Ermənilər 1993-cü il iyulun 23-də Ağdamı, avqustun 23-də Cəbrayıl və Füzulini, avqustun 31-də isə Qubadlını işğal etdikdən sonra şəhərlərdə və kəndlərdə yaşayış evlərini, ictimai binaları, o cümlədən məktəbləri, mədəniyyət ocaqlarını, uşaq bağçalarını, xəstəxanaları, istehsalat müəssisələrini talayıb, sonra dağıtdılar. Ağdamda qəbiristanlıqlar, tarixi-mədəni abidələr belə erməni vandalizminə məruz qaldı. Kənd və şəhərlərimiz 30 il çəkən işğalçı müharibə dövründə erməni faşizmin qurbanı oldu. Ötən ilin payızında şanlı Azərbaycan Ordusunun 44 günlük müharibədə qazandığı Zəfər nəticəsində bu rayonlarımız işğaldan azad edildi".

Məruzəçi daha sonra bildirib ki, Ağdam, Füzuli və Cəbrayıl şəhərindən demək olar ki, əsər-əlamət qalmayıb, xalqımıza məxsus tarixi abidələrə, milli-mədəni irsimizə, millətin mənəvi dəyərlərinə, təbiətimizə qəsd edilib. Lakin Prezident İlham Əliyevin apardığı düşünülmüş, uğurlu iqtisadi-siyasi kurs sayəsində tezliklə o torpaqlar öz tarixi və əzəli-əbədi sakinlərinin yenidən yaşayış məskəninə çevriləcək. Ölkə başçısının göstərişi əsasında Heydər Əliyev Fondu tərəfindən digər tarixi-mədəni, dini abidələrimiz kimi, Cəbrayıl, Ağdam, Füzuli və Qubadlı rayonlarının ərazisində yerləşən tarixi-dini abidələrimiz də yenidən öz əvvəlki görkəmini alacaq.

Zəfər Orucoğlu,

Azərbaycan Jurnalistlər Birliyinin üzvü

Bütün xəbərlər Facebook səhifəmizdə