Bu gün sənin günündü..Ad günün. Bəli ad günün. Mürsəl bala, cənnətdə ilk ad günün mübarək. Dünyaya gələndə nə qədər sevinc gətirmişdin evinizə, ocağınıza, valideyinlərinə. Hə Mürsəl bala sən şəhadətə yüksəldiyin gündən evinizin bir küncündə sənin mini bir muzeyin yaradılıb. Hər səhər-axşam atan-anan sənin əşyalarının yığıldığı bu məkana baş çəkirlər. Saatlarla səninlə danışırlar, dərdləşirlər. O qədər gözəllik yaradıblar sənin bu isti, mehriban baxışlı şəkillərinlə bəzədilmiş guşəndə. Hər gün incə, zərif barmaqlarına sənin guşəndə olan əşyalarına anan toxunduqca ürəyində pıçıltılarla səni sorğu-suala tutur, əziz Mürsəlim. Anan bəzən özü-özü ilə danışır hal-əhval tutur. Ağırdı çox ağırdı..amma yaşayacaq bu ömrü atan-anan..şəhid Mürsəl bala..Sən elə bir zirvədəsən ki, hər kəs bu zirvəyə qalxa bilməz. 23.07.1992 elə doğulduğun gündə də şəhid olan Mürsəl bala..23.10.2020. Qohumluq bağlarımız olsa da mən səni heç həyatda görməmişəm, rast gəlmədim sənə, Mürsəl bala..Çox təssüf edirəm sənin kimi işıqlı, ağıllı, vətən üçün torpaq ücün canından keçən
balanı görmədiyimə..sənin necə istedadlı musiqiçi olmağını sonradan eşidib videolarında gördüm.
Müharibəyə gedəndə hansı musiqini zümzümə etdin, Mürsəl bala? Vətən çağırır, Zəfər marşı, Anam salamat qal, Ayrılıq mahnısını? Hə Şəhid Mürsəlimiz sən tək ata-ananın yox bütöv bir elin obanın şəhid balasısan..Axşamdan anan narahatdı axı bu gün sənin ad günündü. 28 yaşda qalan Mürsəl, igid oğul..yenə doğmaların sənin məzarın üstünə yığışacaq..Ağlama şəhid anası, ağlama şəhid atası! Mürsəl evinizdən yox, elimizdən gedən oğuldu..Cənnətdə olan doğum günün mübarək qəhrəman oğul..Sən evin tək oğlu olmağına baxmayaraq döyüşü seçdin..ata-ananı kimə tapşırıb getdin? Səninlə fəxr edirik, hamılıqla, qürur duyuruq..sən elə bir zirvədəsən ki..hər kəs bu zirvəni qalxa bilməz..Bu gün doğmaların yenə sənə baş çəkəcək, doğum gününü qeyd edəcəklər.
Hər kəs sənin məzarının üstündən çəkilib getdikdən sonra qara örpəyə bürünmüş ürkək-ürkək qəbir üstünə sevdiyin həmin xanım yenə gələcək..qəbir daşına sarılacaq..pıçıltıyla
deyəcək..bax mən gəldim, sənin sevgin gəldi..Şəhidim, Mürsəlim hardasan? Nakam qalan sevgimiz, arzularımız, şən gülüşlərimiz harda qaldı..qorxa-qorxa ətrafa boylanacaq, axı bu sevginizi hər kəsdən gizli saxlamışdınız. Ata-anana bu sevdiyin xanım haqqında imkan tapıb danışa bilmədin. Axı müharibə başlamışdı, qayıtmaq ümidilə getdin..
Axırıncı dəfə ona aldığın gül dəstəsinin qurumuş ləçəklərini çox sevdiyi kitablarının arasında qoruyub saxlayır, hər gün gül ləçəklərini dönə-dönə öpüb əzizləyir, göz yaşları bu ləçəkləri isladır..qurduğu xəyallarının girdabında qalacaq..bu sevgini səhnədən kəsə bilməyəcək..axı sən onun sevgi dünyasısan.
Mürsəl bala, sənin bu sevgindən yazdığıma görə yəqin məndən inciməz ruhun. Ayrıla bilmir məzarından. Sən elə ucalıqdasan ki, deyəcək, pıçıldayacaq, ayaqları getsədə ürəyi getmək istəməyəcək..amma gedəcək, ayrılmaq istəməsə də ayrılacaq..amma yenə gələcək..dönə-dönə gələcək, hər sənin məzarına gələndə içinə hopmuş sevgini sənə gətirəcək, göz yaşlarını gətirəcək, gülüşlərini gətirəcək..bəzən ucadan hayqıracaq..Mürsəlim, qəhrəmanım mənim deyib hıçqıracaq..gələcək...Mürsəl bala bağışla sənin pünhan qalan sevgindən yazıram..bağışla.
Günün mübarək, şəhid Mürsəl, günün mübarək ..P.S..Kaş elimiz obamız alınardı.. babalarının, nənələrinin, atanın təhsil aldığı məktəbə sənin adın verilərdi..Şəhid..Kazımlı Mürsəl Adına Tam Orta Məktəb..
Qeyd edək ki, şəhid Mürsəl Kazımlının bu ilin iyulun 23-də ad günü olub.
Allah rəhmət etsin!
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB