"İnsanların sıx olduğu yerlərdə skuter sürülə bilməz" EKSPERT AYDINLIQ GƏTİRDİ
Sosial şəbəkələrdə müzakirə olunan məsələlərdən biri skuter, kaykay velosiped kimi nəqliyyat vasitələrinin insanların sıx olduqları ərazidə sürətlə sürülməsidir. Məsələ ilə əlaqədar olaraq SİA-ya yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı fikirlərini bildirib.
Ekspert Elməddin Muradlının fikrincə skuter, kaykay, velosiped, rolik kimi nəqliyyat vasitələrdən paytaxtda istifadə edən insanların artması bir sıra problemlər yaradır: "Bu problem son aylarda özünü daha qabarıq göstərməyə başlayıb. Əvvəllər düşünürdüm ki, bu, yaxşı bir haldır. İnsanlar alternativ nəqliyyat vasitələrinə də keçid edə biliblər. Amma bu hal kütləviləşəndə məlum oldu ki, bu nəqliyyat vasitələri üçün xüsusi zolaqlar yoxdur və insanlarda bu nəqliyyat vasitələrindən təyinatı üzrə düzgün istifadə etmirlər. Sağlamlıq üçün gəzmək üçün çıxanlarda skuter istifadə edir. Bu sağlamlıq üçün vasitə deyil. Bulvarda və paytaxtın Nizami küçəsində “Tarqovu” adlanan yerdə bu nəqliyyat vasitələri çox istifadə olunur. Bu nəqliyyat vasitələri o qədər təhlükə yaradır ki, artıq bir çox insan şikayət edir və ya müraciət ünvanlayır. Belə olduqda gəzinti etmək olmur. Bu isə təhlükəli vəziyyətin yaranmasına səbəb olur. Bu nəqliyyat vasitələrinin kütləviləşməsi ilə çox böyük problemlər müşahidə edilir. Bulvarda ərazi geniş olduğu üçün sürəti həddən çox qaldırırlar. Bu isə insanların xəsarət almasına səbəb olur. Hər bir şeyin ölçüsü və qaydası olmalıdır. Bəzən bu vasitələrdən yaşlı insanların da istifadə etməsini müşahidə edirik. Başa düşməlidirlər ki, bulvar və parklarda insanlar mədəni şəkildə istirahət edirlər. Skuter nəqliyyat vasitəsinin sürəti 30-40 km qədər sürət ala bilir. Bu məsələyə artıq polisin müdaxiləsinə ehtiyac var. Polisin bu məsələyə müdaxilə etməsinə zərurət yaranıb. Müəyyən ərazilərə bu vasitələrin buraxılması məhdudlaşdırılmalıdır. Parklar, İstirahət məkanları və s. yerlərə bu nəqliyyat vasitələrinin buraxılmasına icazə verilməməlidir. Fakt budur ki, insanlar istirahət zamanı bu ərazilərdə gəzməyə çətinlik çəkir. Skuterlərin sürətli sürüldüyü yerdə ehtiyac yaranır ki, insanlar ətrafına baxsın və xəsarət almamaq üçün təmkinli olsun. Ailələrdə bu baxımdan qorxu yaranıb ki, uşaqlar xəsarət ala bilər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB