"Davam"da struktur dəyişikliyi

"Davam" Gənclər Hərəkatının İdarə Heyətinin üzvü Sabir Rüstəmov təhsil müəssisələri ilə iş üzrə katib vəzifəsindən azad edilərək beynəlxalq əlaqələr üzrə katib - beynəlxalq saziş və müqavilələrin bağlanması üzrə İdarə Heyəti sədrinin səlahiyyətli nümayəndəsi vəzifəsinə yüksəlib. SİA-nın verdiyi məlumata görə, Sabir Rüstəmov Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” mükafatına, Bakı Dövlət Universiteti tərəfindən “İlin tələbəsi” adına və Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2020-ci il Gənclər üçün Prezident mükafatına layiq görülüb.

Qeyd edək ki, S.Rüstəmov "Davam" Gənclər Hərəkatını təsis edən 8 təşəbbüskar gəncdən biri, həmçinin YAP Gənclər Birliyinin 30 nəfərdən ibarət İdarə Heyətinin üzvüdür.

Bütün xəbərlər Facebook səhifəmizdə