Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Ailələrə Yardım Birliyinın təşkilatçılığı ilə "Bir körpə gülərsə, bir dünya gülər" layihəsi çərçivəsində sığınacaqda olan kimsəsiz uşaqlar və şəhid övladları üçün Quba-Qusar rayonuna ekskursiya təşkil edilmişdir. SİA xəbər verir ki, Ekskursiyada Uşaqların əyləncə və səadət dolu bir gün keçirmələri üçün şərait yaradılmışdır.
Qeyd edək ki, ekskursiya çərçivəsində ilk öncə Quba şəhərində nahar edərək Nazlı bulaq, Qəçreş meşəliyi, Çənlibel gölü kimi ölkəmizin gözəl guşələrini gəzib, uşaqlara şəhər haqqında məlumat verdilər. Nahar fasiləsindən sonra uşaqların asudə vaxtlarını səmərəli keçirilməsi üçün Qusarın meşə təpələrində yürüş edildi və uşaqlar üçün bir çox əyləncəli və maarifləndirici oyunlar təşkil edildi. Gözəl çay süfrəsi ilə gəzintini yekunlaşdıran komanda Bakı şəhərinə xoş təəssüratlarla qayıtdılar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB