Ağdaşda koronavirus xəstələri qaydaları pozublar. SİA-nın bölgə müxbirinin verdiyi məlumata görə, polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlər nəticəsində koronavirusa yoluxmuş şəxslərin yaşadıqları ünvanları tərk etdikləri müəyyən olunub. Belə ki, COVID-19 testlərinin nəticələri pozitiv olan şəhər sakini İbrahim İsmayılova və rayonun Şordəhnə kənd sakini Şöhrət Qəhrəmanova ev şəraitində müalicə təyin olunub, karantin qaydalarına riayət etmələri vurğulanıb. Buna baxmayaraq, onlar yaşadıqları ünvanları tərk edərək, infeksiyanın yayılmasına şərait yaradıblar. Hər iki şəxs barəsində RPŞ-də araşdırma aparılır.
Müəllif: Mirqəmər Mənsimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB