Kəngərli rayonundan 21 gənc Vətən müharibəsində qəhrəmanlıq zirvəsinə yüksəlib

Kəngərli rayonundan 21 gənc Vətən müharibəsində qəhrəmanlıq zirvəsinə yüksəlib

Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonunda Prezident İlham Əliyevin müvafiq Sərəncamına əsasən Vətən müharibəsi zamanı Azərbaycan Respublikasının ərazilərinin, o cümlədən Füzulinin işğaldan azad edilməsi uğrunda döyüş tapşırıqlarını uğurla yerinə yetirərək şəhidlik zirvəsinə yüksəlmiş şəhidlərin ailə üzvlərinə və qazilərə medallar təqdim olunub.

SİA-nın məlumatına görə, tədbirdə əvvəlcə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Rayon İcra Hakimiyyətinin başçısı Kamal Ələkbərov bildirib ki, Vətən müharibəsində Kəngərlidən döyüşlərə yollanan 21 gənc Vətənin bütövlüyü uğrunda qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə xidməti vəzifələrini və hərbi hissənin qarşısında qoyulan tapşırıqları yerinə yetirərkən fərqləndiklərinə görə şəhidlərimizdən baş leytenant Məmmədli Sübhan Səbuhi oğlu, leytenant Əsgərov Elçin Yalçın oğlu və Vətən müharibəsi iştirakçısı əsgər Qənbərov Naib Əyyub oğlu “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunublar.

Tədbirin sonunda şəhid ailələrinə və müharibə iştirakçısına medallar təqdim edilib.

Bütün xəbərlər Facebook səhifəmizdə