Qəriblikdə doğulacaq erməni uşaqları... - SARKAZM

Qəriblikdə doğulacaq erməni uşaqları... - SARKAZM

...Bəs bu necə olur, Serjik deyəndə olar, Nikol deyəndə yox? Əslində, Ermənistanda “təbii yolla nəsil artırmı” təklifini ilk səsləndirən Serjik Sarkisyan olmuşdu. Yadınızda deyilsə, xatırladım: 2050-ci ilə qədər Ermənistan əhalisinin 5 milyon nəfərə çatacaq anonsunu edən Serjik bunu İrəvana yığılan erməni diasporunun üzvləri ilə görüşündə bəyan etmişdi.

Bir də xatırladıram, Serjik bu layihəsini “2050-ci ilə qədər” reallaşdıracağını demişdi. Siz də indidən əl-ayağa düşmüsünüz... görün 2050-ci ilə hələ nə qədər var. Tələsməyə nə hacət, necə deyərlər, “dünyanı ümidlə yeyərlər”. Hər şeyi dərd eləmək də lazım deyil. Bir də, hər arzu yerinə yetmir axı. İndi 5 milyon olmaz, bir qədər az olar. Bu da elə böyük dərd deyil, başlıcası, adamda inam olmalıdır...

Nikol o vaxt döyüş effektivliyi indeksinə görə Ermənistan ordusunun ilk iyirmi ölkə sırasına daxil olacağını deyəndə hərb işindən başı çıxmasa da, özü buna inanırdı. Çünki onda “sarsılmaz" bir inam mövcuddur.

Deyim ki, indi siz Nikolun verdiyi vədləri “gülünc” kimi dəyərləndirib məsxərəyə qoyursunuz. Amma aranızda bu vədlərin nə vaxtsa reallaşacağına inananlar da yox deyil. Çünki, siz də yaxşı bilirsiniz, Nikol özü inanmadığı, “əmin olmadığı bir şeyin anonsunu vermir.

Bu gün Nikolun Ermənistanda demoqrafik vəziyyətin yaxşılaşdırılması kontekstində, 6 yaşına çatmamış 3 və ya daha çox uşaq dünyaya gətirən ailələrə ayda 50 min dram məbləğində maliyyə dəstəyi verilməsi barədə təklifi, mən deyərdim ki, lap yerində verilmiş təklif kimi qəbul edilməlidir.

Amma neynəyəsən, bu da "əmma"sız deyil. Məsələ bundadır ki, bu gün ancaq bir uşağa qane olan gənc erməni ailələrinə 3 uşağı necə doğuzduracaq? Ermənilər and-aman edirlər ki, indi gənclərimizi evlilik, ailə və ya uşağın dünyaya gəlməsi maraqlandırmır, bu gün onların yalnız bir fikir var - Ermənistanı necə tez tərk etməli...

...Nikol da əl-ayağa düşüb, canını “fəda” edir, erməni gənclərinə dünyaya 50 min dramlıq uşaq gətirmələrini istəyir. Amma darıxmayın, Nikol bunun da çarəsini tapacaq...

Nə bilmək olar və ya bilmək olmaz, bəlkə elə ermənilər arasında da üç və ya daha çox uşaq sahibi olmaq istəyənlər tapılacaq. Amma. maraqlıdır ki, onların özləri də bu uşaqları Ermənistanda dünyaya gətirmək istəmədiklərini etiraf edirlər. Çünki bu gün ölkədə iş yoxdur, perspektiv yoxdur, gənclərin isə Ermənistandan qaçışı ara vermir.

...Yenə də nə bilmək olar, bəlkə elə Ermənistanda da dünyaya

3 uşaq gətirən ailələr tapılacaq. Bir də, 50 min dram ermənilər üçün az pul deyil a...

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə