Sumqayıt şəhərində müxtəlif sahələri təmsil edən könüllü gənclərdən ibarət mobil qruplar tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması, karantin rejimi qaydalarına riayət olunması məqsədilə bir sıra idman obyektlərinə baxış keçirilib, maarifləndirmə işləri aparılıb. Tədbir şəhər icra hakimiyyətinin təşəbbüsü, Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşıb. Baş İdarədən SİA-ya verilən məlumata görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına uyğun olaraq, 18 yaşdan yuxarı məşqçi-müəllim və idmançıların COVID-19 pasportları yoxlanılır.
Pasportu olmayanlar zallara buraxılmır. Bundan əlavə, zallarda mütəmadi dezinfeksiya işləri aparılır. İdman zallarının rəhbərlərinə tövsiyə olunub ki, mövcud qaydalara ciddi riayət edilsin.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB