"Ölənlərin 99 faizi vaksin olmayan insanlardır" - PREZİDENTİN KÖMƏKÇİSİ AÇIQLADI
“Heç kəsdə vaksinə görə hər hansı bir xəstəlik əmələ gəlməyib”. SİA-nın verdiyi məlumata görə, bunu Prezidentin köməkçisi – Prezident Administrasiyasının (PA) İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, peyvəndləmə prosesinə elmi əsaslara söykənərək başlanılıb: “Ölənlərin 99 faizi vaksin olmayan insanlardır. Vaksinin effektiv olması heç kəsdə şübhə doğurmamalıdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB