"Bugünkü brifinqdə heç bir məhdudiyyətdən söhbət getmədi" . SİA-nın verdiyi məlumata görə, bu sözləri Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın avqustun 20-də keçirilən brifinqində çıxışı zamanı deyib.
Onun sözlərinə görə, bütün qaydalar olduğu kimi saxlanıldı: "Dövlətin işini çətinləşdirməməliyik. Toy, nişan, ad günü mərasimlərinin təşkili ilə bağlı monitorinqlər bu gün də davam etdirilir. İyulun 1-dən bu günə qədər monitorin 4 865 toy şənliyinin monitorinqi həyata keçirilib. Buradakı mənzərə bir o qədər də ürəkaçan olmayıb. Bu dövr ərzində 38 nəfər həbs edilib, 27 nəfər barəsində materiallar məhkəmələrə göndərilib. 46 899 nəfər COVID-19 pasportu olmayıb. Onlar arasında xəstələr də olub”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB