Yoluxma sayı 3 614-ə endi, 23 nəfər vəfat edib

Yoluxma sayı 3 614-ə endi, 23 nəfər vəfat edib

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 3 614 yeni yoluxma faktı qeydə alınıb, 1 114 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan SİA-ya verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 23 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 380 918 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 342 256 nəfər müalicə olunaraq sağalıb, 5 231 nəfər vəfat edib, aktiv xəstə sayı 33431 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 15 786, ötən müddət ərzində isə ümumilikdə 4 268 668 test aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə