Ən çox yoluxma Binəqədi rayonundadır

Ən çox yoluxma Binəqədi rayonundadır

Bakı şəhəri üzrə koronavirusa ən çox yoluxma halları Binəqədi, Xətai və Yasamal rayonlarında olub. SİA-nın məlumatına görə, paytaxt üzrə COVID-19-a yoluxanların 14,6 faizi Binəqədidədir. 13,5 faizi Xətai, 12,1 faizi Yasamal rayonunun payına düşür.

Yoluxma hallarının 11,3 faizi Sabunçu, 8,3 faizi Suraxanı, 8,1 faizi Nərimanov, 7,8 faizi isə Nəsimi rayonlarında qeydə alınıb. Yoluxma hallarının 7,1 faizi Nizami, 7,3 faizi Xəzər, 4,4 faizi Qaradağ, 5 faizi Səbail rayonlarındadır.

Bütün xəbərlər Facebook səhifəmizdə