ASAN Könüllüləri və Coca-Cola “İnkişaf üçün 5 il birlikdə” adlı tədbir keçirib - VİDEO

ASAN Könüllüləri və Coca-Cola “İnkişaf üçün 5 il birlikdə” adlı tədbir keçirib - VİDEO

Bu gün Coca-Cola şirkəti ilə “ASAN Könüllüləri” Təşkilatının əməkdaşlığının 5 illik yubileyi münaisbəti ilə “İnkişaf üçün 5 il birlikdə” adlı tədbir keçirilib. SİA xəbər verir ki, tədbirdə əməkdaşlıq çərçivəsində icra olunan layihələr haqqında ətraflı məlumat verilib və layihələrdən bəhs edən rəsm sərgisi təşkil olunub.

Coca-Cola şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə İctimaiyyətlə əlaqələr və Kommunikasiya direktoru Elşad Fərzəliyev ASAN Könüllüləri ilə birgə həyata keçirilən layihələrin önəmindən danışıb: Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov da öz növbəsində bu 5 il ərzində görülən işlərin faydalılığı barədə məlumat verib Qeyd edək ki, "ASAN Könüllüləri" Təşkilatı və "Coca-Cola” 2016-ci ildən etibarən aktiv şəkildə ekoloji, sosial və humanitar layihələr üzrə geniş əməkdaşlıq edib. Hər iki qurum mövcud layihələr üzrə əməkdaşlığını daha da genişləndirməyi planlaşdırır.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə