Sülhməramlılarımız Fransa vətəndaşını Kabildən evakuasiya edirlər
Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə Əfqanıstanın Kabil Beynəlxalq Hava Limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir. SİA-nın əldə etdiyi məlumata görə, avqustun 17-də səhər saatlarında azərbaycanlı sülhməramlılar BMT və digər beynəlxalq təşkilatların 100 -dən çox əməkdaşının Kabil hava limanında təhlükəsiz şəkildə çıxarılmasını təmin ediblər.
Növbəti dəfə isə hərbiçilərimiz 100-ə yaxın Fransa vətəndaşının Kabildən təhlükəsiz şəkildə çıxarılmasını təmin edirlər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB