Tovuzda istirahət mərkəzlərində nələr baş verir? - VİDEO

Tovuzda istirahət mərkəzlərində nələr baş verir? - VİDEO

Bu dəfə yolumuz Tovuz rayonunun Əsrik-Böyük Qışlaq ərazisində yerləşən əsrarəngiz və füsunkar gözəlliyə malik istirahət mərkəzlərinə düşüb. İlk olaraq əraziyə daxil olarkən "Dondar pryezi" deyilən ərazidə avtomobil tıxacı ilə rastlaşdıq. Sonra tıxacın yaranma səbəbinin yol kənarında təşkil edilmiş küçə ticarəti olduğunu öyrəndik.

Daha sonra sərin bulaqları, sakit axan Əsrik çayı və füsunkar təbiəti olan istirahət mərkəzlərinə üz tutduq. Burada gördüyümüz mənzərə isə heç də ürəkaçan olmadı. Çay üzərində qurulmuş tualetlər, çayın daxilində olan zibillər əməkdaşlarımızı məyus etdi.

İstirahət mərkəzlərini işlədən şəxslər isə məsələ ilə bağlı heç bir məlumat vermək istəmədilər. Qeyd edək ki, istirahət mərkəzləri arasında istisnalar da var idi. Burada təmizlik işləri, eyni zamanda meşələrin yanğından mühafizəsi üçün bütün tədbirlərin həyata keçirildiyi istirahət mərkəzləri də var idi. Aslan Hüseynov da həmin istirahət mərkəzlərindən birinin sahibidir. İnanırıq ki, bu süjetimizdən sonra aidiyyəti qurumlar yaranmış problemlə bağlı ciddi tədbirlər görəcəklər.

Müəllif: Mirqəmər Mənsimova

Bütün xəbərlər Facebook səhifəmizdə