20 milyona yaxın rusiyalı məktəbliyə "məktəb müavinəti” verilib - 10 min rubl

20 milyona yaxın rusiyalı məktəbliyə "məktəb müavinəti” verilib - 10 min rubl

Birdəfəlik "məktəb" ödənişləri artıq 19.4 milyon uşağın valideynləri tərəfindən alınıb. SİA xəbər verir ki, bu barədə Rusiya Federasiyası Əmək Nazirliyinin sosial şəbəkə səhifələrində məlumat verilib. Ailələr hər bir məktəb yaşlı uşağı üçün 10.000 rubl (230 manat civarında) alır.

Departament xatırladıb ki, 6-18 yaş arası uşaqların valideynləri, habelə 18 yaşdan 23 yaşa qədər əlilliyi olan insanlar məktəbdə oxumağa davam edərsə, belə bir ödəniş üçün müraciət edə bilərlər.

İndiyədək valideynlərin uşaqların məktəb müavinətlərini nəyə xərcləməyi planlaşdırdıqları məlum olub. Əksəriyyəti bu pulu məktəb ləvazimatları almaq üçün istifadə edəcəyini deyir və respondentlərin 23%-i artıq bunu edib. Valideynlərin digər 10%-i ödəmələrini məktəblə əlaqəli olmayan digər xərclərə sərf edəcəyini etiraf edib. 7%-i hələ qərar verməyib və 4%-i bu vəsaitləri gündəlik ehtiyacları üçün xərcləyəcəyini deyib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə