Metro yollarında hansı daha səmərəlidir? - DƏMİR BETON BLOK, YOXSA AĞAÇ ŞPAL

Metro yollarında hansı daha səmərəlidir? - DƏMİR BETON BLOK, YOXSA AĞAÇ ŞPAL

"Metropolitenin istismarda olan tunel yollarında ilk dəfə dəmir beton bloklar "Cəfər Cabbarlı" və "Xətai" mənzilinin bir hissəsində tətbiq olunacaq". Bunu SİA-ya açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

Onun sözlərinə görə,bu beton yol təxminən 500 metr məsafəni əhatə edəcək: "Bilirsiniz ki, "Cəfər Cabbarlı" stansiyasında bir yolun əsaslı təmir və yenidən qurma işlər səbəindən dayandırılıb. Bu səbəbdən "Xətai" və "Cəfər Cabbarlı" mənzilinin dayandırılan hissəsində qatarların gediş-gəlişi məhdudlaşdırılıb. Bir hissəsində gediş-gəliş mövcuddur. Bu işlər çərçivəsində metro tarixində ilk dəfə istismarda olan tunel yolu demir-beton blokdan ibarət olacaq. Birinci olaraq onu xüsusi qeyd edim ki, ağaç şpalları ölkə xaricindən gətirilir. Təbii ki, buna böyük maliyyə vəsaiti xərclənir. Bura gətirilməsi, gömrük rüsumu və digər rüsumlarda nəzərə almaqla kifayət qədər baha başa gəlir. Dəmir beton bloklar isə "Bakı Metropoliteni" QSC-nin özünün istehsalat sahəsində hazırlanır. Hazırlanması zamanı yeni Yeni xammallardan istifadə olunur. Almaniya texnologiyasından tətbiq olunur. İşçi qüvvəsi, xammal yerli olduğu üçün təmiz Azərbaycan brendidir. Bu vasitə ilə "Bakı Metropoliteni"nə iki dəfəyə yaxın qənaət etmək imkanı verir. Burada qənaətdən daha çox keyfiyyət və səmərəlilik önəmlidir. Dəmir beton blokların istisamar müddəti 50 ildir, ancaq ağaç şpalllarının istismar müddəti 30-40 illə məhdudlaşır. Lakin, Bakının ağır geoloji şəritində bu maksimum 15-10 il çəkir. "Xətai" - "Cəffər Cabbarlı" kimi ağır hidrogeoloji şəriati olan sahələrdə isə 7-10 ilə kifayətlənir. Bu baxımdan 5 dəfədən çox oan fərqi hiss etmək mümkündür. Dəmir beton bloklar ağaç şpallarına görə daha dözümlü və səmərəlidir. Bundan əlavə olaraq dəmir betonlara qulluq daha asan və sadədir. Beləliklə, işçi qüvvəsindən səmərəli istifadə etmək kimi məsələlər də gündəmə gəlir. Belə yollarla qatarların hərəkəti daha səlis və daha rəvan olacaq. Çünki burdada tətbiq olunan yolun elementləri ən müasir tələblərə cavab verir. Sərnişin rahatlığı və təhlükəsizliyi baxımından da çox əhəmiyyətlidir. Xüsusi qeyd edim kimi bunu tətbiq etmək üçün həmin sahədə hərəkəti dayandırmaq lazımdır. Bu Dəmir blokların qoyulması uzun müddət vaxt tələb edir və staandartları tunel şəritində tətbiq etmək olduqca çətindir. Buna görə "Cəffər Cabbarlı" və "Xətai"də 500 metrlik məsafənin dəmir beton ilə tətbiqi 5-6 ay vaxt ərzində ərsəyə gələcək. Hərəkətin təşkili müddətində bu dəmir beton blokları təşkil etmək müşkül məsələdir. Amma 2019-cu ildən bəri "Bakı Metropoliteni" hərəkəti dayandırmadan bu texnologiyaları tətbiq etmək yollarını dərindən araşdırır. "Bakı Metropoliteni" özünün istehsalat sahəsi və təcrübə apardığı labarotoriyası mövcuddur. Bunlar dünya təcrübəsinə və elmi praktikaya söykənir".

Müəllif: Qönçə Quliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə