Ağstafada yollar təmir edilir

Ağstafa rayonunda yerli əhəmiyyətli yolların yüksək standartlar əsasında yenidən qurulması işləri sürətlə davam etdirilir. SİA xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Ağstafa rayonunda 5 kilometr uzunluğa malik yerli əhəmiyyətli Böyük Kəsik-Ağgöl avtomobil yolunun yenidən qurulmasına başlanılıb. Rayonda “Keşikçidağ” dövlət tarix-mədəniyyət qoruğuna gedən 32 kilometr uzunluğa malik II texniki dərəcəli yeni avtomobil yolunun da inşası davam etdirilir. Həmçinin uzun illərdir təmirə ehtiyacı olan Ağstafa və Qazax rayonlarını birləşdirən 2.2 kilometr uzunluğa malik rayonun Dağ Kəsəmən kənd arası yollarının da asfaltlama işləri davam etdirilir. Layihənin sonuncu mərhələsində avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə yol nişanı, kilometr göstəricisi və məlumatverici lövhələrin, həmçinin siqnal dirəklərinin quraşdırılması işlərinin aparılması da nəzərdə tutulur. Tərtib olunmuş qrafikə uyğun aparılan işlərin vaxtında yekunlaşdırılması üçün ərazilərə agentlik tərəfindən lazımi sayda canlı qüvvə və texnika cəlb olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə