“Şəhidin adına yeni bulaq tikilib, amma...” RİH-dən İDDİALARA CAVAB
Mətbuatda Siyəzən rayon icra hakimiyyətinin başçısı Novruz Novruzovun şəhid Elsevər Qazəhməd oğlu Kərimovun adına inşa edilmiş şəhid bulağını sökdürməsi ilə bağlı məlumat yayılıb. SİA-ya icra başçısının köməkçisi Elvin Kərimov verdiyi açıqlamasında bu məlumatların doğru olmadığını bildirib:
“Bu köhnə məlumatdır. Şəhidin adına inşa edilmiş bulağını iki il öncə ailə üzvləri söküb və bildiriblər ki, mal-heyvan bulağa toxunduğu üçün bulağı mühafizə edə bilmirlər. Daha sonra rayonda şəhidin adını daşıyan Şəhid Elsevər Kərimov adına 1 saylı Siyəzən şəhər uşaq bağçasının həyətində İcra Hakimiyyəti tərəfindən ötən il şəhid bulağı tikildi və açılışı da oldu. Amma bunu deyən yoxdur, çünki heç kimə maraqlı deyil. Kimlərsə qəsdən bu cür məlumatları paylaşıb İcra Hakimiyyətinin fəaliyyətinə kölgə salmaq istəyir”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB