Göyçay RPŞ-nin əməkdaşları tərəfindən keçirilən yoxlamalar zamanı şəhər ərazisində yerləşən fərdi yaşayış evində təşkil edilən toy mərasimində karantin qaydaları pozulduğu müəyyənləşdirilib. SİA xəbər verir ki, rayon sakini Xəzər Şabanova məxsus evin həyətyanı sahəsində keçirilən toy mərasimində 80 nəfərə yaxın qonağın iştirak etdiyi aşkarlanıb.
Müəyyən edilən qayda pozuntuları ilə bağlı ev sahibi inzibati məsuliyyətə cəlb edilərək cərimələnib. Eyni zamanda Ağdaş Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən şadlıq saraylarında və fərdi evlərdə təşkil edilən toy mərasimlərində yoxlamalar aparılıb, bəzilərində qaydaların pozulduğu aşkarlanıb. Nəticədə 4 şadlıq sarayının icarədarı və 11 toy sahibi cərimələnib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, şəhər ərazisində yerləşən “Tural”, “Səma”, “Samirə” və “Ay işığı” şadlıq saraylarında keçirilən monitorinqlər zamanı aşkarlanan qayda pozuntuları ilə bağlı həmin obyektlərin sahibləri və icarədarları barəsində cərimə protokolları tərtib olunub. Həftəsonu fərdi evlərdə təşkil edilən toy mərasimlərində keçirilən yoxlamalar zamanı isə şəhər ərazisində, eləcə də rayonun bir çox kəndlərində ümumilikdə 11 evdə keçirilən toy mərasimlərində müəyyən edilən say həddindən artıq qonağın iştirakı aşkarlanıb və həmin toy sahibləri barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB