FHN-in daha bir yanğın-xilasetmə qrupu bu gün Türkiyəyə yola düşəcək
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələrindən ibarət növbəti – dördüncü qrup bu gün axşam saatlarında qardaş Türkiyə Respublikasına yola düşəcək.
Bu barədə SİA-ya FHN-dən məlumat verilib.
Qeyd edilib ki, yanğın-xilasetmə qrupuna 200 nəfər daxildir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB