Son illər beynəlxalq müzakirələrdə ən çox müzakirə olunan mövzulardan biri qlobal istiləşmə və onun yarada biləcəyi fəsadlar olmuşdur. Problemlə bağlı qaldırılan məsələlər, edilən çağırışlar nə qədər ciddi olsa da ortadakı real vəziyyət onu deməyə əsas verir ki, insan cəmiyyəti ya qarşılaşdığı problemin ağırlığını bilmir, ya da bildiyi və dərk etdiyi təhlükəni aradan qaldırmaqda acızdir. Bu iki faktdan öndə isə qlobal istiləşmədən siyasi və iqtisadi məqsədlər üçün istifadə edilməsi dayanır. Bu barədə ortada olan çoxsaylı suallar deməyə əsas verir ki, qlobal istiləşmə və onun fəsadları bundan sonra daha geniş masştabda özünü göstərəcəkdir.
Təəssüf ki, qlobal istiləşmə dedikdə geniş ictimaiyyət bir növ bu problemin meşə yanğınlarının fəsadları ilə məhdudlaşdığını düşünür. Lakin bu belə deyil. Məsələnin mahiyyəti geniş olduğu kimi də çoxşaxəli və dinamik inkişafdadır. Bir sözlə qlobal istiləşmə insan cəmiyyətini və həyatını təhdid caynağına alıb və onu buraxmaq istəmir. Belə olan halda “nə etməli” sualı bizi düşündürür və düzgün çağırışlar etməyə sövq edir.
İyulun 28-dən başlayaraq qardaş Türkiyədə başlanan meşə yanğınları ölkədə böyük fəsadlar yaratmaqdadır. Təəssüf ki, bəzi bədhaqq qüvvələr bunu sevinclə qarşıladılar. Lakin bun ardınca ayrı-ayrı ölkələrdən eyni həyacan səsləri eşidildi. Italya, İspaniya, Yunanıstan, İran, şimali Makedoniya və başqaları yanğın fəlakət bəlasını ilk sırada qarşılayanlardır. Demək ki, Türkiyənin qarşılaşdığı yanğınları sevinclə qarşılayanlar əslində geniş mənada dünyanın qarşılaşdığı bəla və fəlakəti alqışladılar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu avqustun 5-də qardaş ölkəyə yola çıxdı. Beləliklə, Beləliklə, Azərbaycan hazırda 1 ədəd “BE-200ÇS” tipli amfibiya təyyarəsi 1 helikopter, 93 ədəd yanğınsöndürmə və xüsusi təyinatlı xilasetmə texnikası, 1 tibbi yardım avtomobili, 480 yanğınsöndürən və xilasedicidən ibarət peşəkar və təcrübəli briqada ilə alovla mübadilədə Türkiyənin yanındadır. Xüsusilə qeyd etmək lazımdır ki, yanğın bəlasını ciddi narahatlıqla qarşılayan Azərbaycan xalqı, eləcə də ictimaiyyətimizin ən fəal təbəqələrindən olan QHT-lər bir ürək ritmi ilə Türkiyənin yanındadır.
Azərbaycanın sərgilədiyi bu qətiyyətli mövqe yalnız qardaş ölkə olduğu üçün deyil, humanizm düşüncəli beynəlxalq ictimaiyyətin çağırışlarına ədalətli yanaşmadı. Yanğınlar tezliklə bitəcək. Lakin qarşıdan gələn payız mövsümünün yağşları fəsadlı sel və daşqınlar yaradacaq. Çünki alovların qarşısını almaq üçün bütün dünyada meşə florası ciddi şəkildə zədələnməkdədir.
Belə isə qlobal istiləşmə təhdidindən necə qurtarmaq olar? Bunun üçün meşə florasının qorunması üçün maarifləndirmə işləri gücləndrilməlidir; meşələr hamınındır prinsipi ilə “yaşıl vətən”ə doğmalıq sərgilənməlidir; məqsədli və yaxud təsadüf olmasından asılı olmayaraq meşələrdə çıxan yanğınlardakı insan amilinin rolu sıfıra endirilməlidir. İndi bizim şüarınımız daha geniş mənalıdır: qloballaşma və beynəlxalq həmrəylik istiləşmənin və onun fəsadlarının aradan qaldırılmasında yeganə düzgün yoldur!
Həsən Qarayaev
Qloballaşma və Milli Həmrəylik İctimai Birliyinin sədri
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB