"Azərbaycan Ordusuna məxsus pilotsuz uçuş aparatının guya Ermənistan ərazisinə keçməsinin qarşısını alınması barədə yayılan məlumat qarşı tərəfin növbəti yalanıdır və dezinformasiya xarakteri daşıyır". Müdafiə Nazirliyindən SİA-ya verilən açıqlamada belə deyilir.
Məlumatda qeyd edilir ki, həmin istiqamətdə pilotsuz uçuş aparatları havaya qaldırılmayıb və istifadə olunmayıb: "Belə məlumatlar yaymaqla Ermənistan tərəfi mövqelərimizi atəşə tutmaq kimi təxribatlarını ört-basdır etməyə və ictimaiyyəti aldatmağa çalışır.
Hazırda bu istiqamətdə əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB