Zərdabda Vətən müharibəsi şəhidinin ad günü qeyd olunub - FOTOLAR

Zərdabda Vətən müharibəsi şəhidinin ad günü qeyd olunub - FOTOLAR

Zərdab rayon icra hakmiyyəti rəhbərliyi, Yeni Azərbaycan Partiyası Zərdab rayon təşkilatının fəalları, Zərdab rayon icra hakimiyyətinin Vətən müharibəsi İştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin, Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin nümayəndələri Zərdab rayonundan olan Vətən müharibəsinin qəhrəman şəhidi Anar Məmmədzadənin doğum günündə onun əziz xatirəsini yad etmək üçün öncə şəhidin ailəsini, sonra məzarını ziyarət edib və igid Vətən oğlunun unudulmaz xatirəsini dərin ehtiramla yad etdilər.

Ziyarət edənlər, eyni zamanda, Qarabağ döyüşlərində şəhid olmuş digər mərd oğullarımızın məzarlarına gül-çiçək dəstələri düzərək ruhlarına dualar oxuyub şəhidlərimizə olan sonsuz ehtiramlarını bildirdilər. Zərdab rayon İcra Hakimiyyətinin başçısı Mərdan Camalzadə şəhidlərimizin əbədi ehtirama layiq olduğunu bildirərək 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun, əsgər və zabitlərimizin qəhrəmanlığı sayəsində azad edildiyini vurğuladı. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən də Anarın xatirəsinin bundan sonra da daim əziz tutulacağını, dövlətimizin hər zaman şəhidlik zirvəsinə ucalan igidlərimizin ailələrinin yanında olacağını bildirdi.

Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Zərdab rayon bölməsinin rəisi, polkovnik-leytenant Asif Əhədov çıxış edərək Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində qüdrətli Azərbaycan Ordusunun qazandığı tarixi qələbədə payı olan Anar kimi qəhrəman oğullarımızla bu gün hər birimizin fəxr etdiyini söylədi.

Şəhidimizin ailəsi hər zaman onlara göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandan İlham Əliyevə, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya dərin minnətdarlığını bildirdi. Şəhid Anar Məmmədzadə Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin sərəncamı ilə ”Vətən uğrunda”, ”Füzulinin azad olunmasına görə” və ”Cəsur döyüşçü” medalları ilə təltif olunub.

İlham

Bütün xəbərlər Facebook səhifəmizdə