Ukrayna səfiri Naxçıvanın Bakıdakı daimi nümayəndəliyində - FOTOLAR

Naxçıvan Muxtar Respublikasının Bakıdakı daimi nümayəndəliyinin rəhbəri Bəxtiyar Əsgərov Ukrayna Respublikasının Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfiri Vladislav Kanevski ilə görüşüb. Daimi nümayəndəlikdən SİA-ya bildiriblər ki, görüşdə iki dost ölkə arasındakı siyasi, iqtisadi, mədəni və s. münasibətlərin,eləcə də, Naxçıvan Muxtar Respublikası ilə əlaqələrin inkişafı, regional vəziyyət, Zəngəzur dəhlizinin açılması, rəsmi səfərlər, qarşıda duran vəzifələr və digər maraqlı mövzular ətrafında səmimi müzakirələr aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə