"Qəhrəmanlıq tarixinin şanlı səhifələri" - yeni kitab

DİN-in Polis Akademiyasının əməkdaşı, polis leytenantı Aynur Səfərlinin tərtibçiliyi ilə hazırlanmış bu kitab 2016-cı ildə “Dördgünlük müharibə” adı ilə tarixə düşmüş APREL DÖYÜŞLƏRİnin qəhrəman şəhidlərinə həsr edilmişdir. Şəhidlərin həyatı və döyüş yolu şəhid yaxınlarının müsahibələri fonunda işıqlandırılmışdır. Kitabda ölkə prezidentinin “Aprel döyüşləri” ilə bağlı imzaladığı Fərman və Sərəncamlar, müəllifin görüşdüyü şəhid ailələrilə olan müsahibələr və fotolar, “Aprel döyüşləri”nin canlı şahidləri – qazilərlə, iştirakçı olmuş kəşfiyyatçılarla müsahibələr yer almışdır. Müəllifin Cocuq Mərcanlı kəndinə olan səfərilə bağlı görüntülər də fotolarla əks olunmuşdur. Müəllif müxtəlif vaxtlarda da şəhid ailələrini DİN-nin əməkdaşları ilə birlikdə ziyarət etmiş, problemləri ilə maraqlanmışdır ki, həmin ziyarətlər haqqında yazılanlar da diqqətdən kənarda qalmamışdır.

Müəllif: Cabir Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə