"Turan Araşdırmalar Mərkəzi"ndən Türkiyəyə dəstək - 100 fidan

Türkiyədə bir neçə gündür davam edən meşə yanğınlarına qarşı mübarizə və yanğının vurduğu fəsadların aradan qaldırılması istiqamətində Azərbaycan vətəndaşları da səfərbər olub. Dövlət səviyyəsində Fövqəladə Hallar Nazirliyinin bir neçə yanğınsöndürmə briqadası ilə yanaşı, fərdi və ictimai birliklər səviyyəsində də qardaş ölkəyə dəstək nümayiş etdirilir, yardım edilir.

SİA xəbər verir ki, belə bir dəstək "Turan Araşdırma Mərkəzi"ndən də gəlib. Belə ki, sözügedən Mərkəz OGM-VAK Vəqfi üzərindən qardaş ölkəyə 100 ədəd fidan bağışlayıb.

"Turan Araşdırma Mərkəzi" İB-nin sədr müavini Cavid İsmayıl bildirib ki, Mərkəzdən bu tipli dəstək və yardımlar davamlı olacaq. "Qardaş Türkiyənin sevinci sevincimiz, kədəri kədərimizdir"-deyə sədr müavini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə