Deputatla görüş keçirilib - FOTO

"Davam" Gənclər Hərəkatının mərkəzi ofisində "Davam" Debat və Diplomatiya Klubunun birgə təşkilatçılığı ilə Milli Məclisin deputatı Vüqar İskəndərovla görüş keçirilib. SİA-nın verdiyi məlumata görə, Vüqar İskəndərov davamçı gənclərlə "Debat və karyera mədəniyyəti, onun siyasətdə rolu" adlı mövzu ətrafında fikir mübadiləsi aparıb. Səmimi və maraqlı söhbət əsnasında gənclərin çoxsaylı sualları cavablandırılıb, təklifləri dinlənilib.

Sonda xatirə fotosu çəkilib.

Bütün xəbərlər Facebook səhifəmizdə