Türkiyənin 8 bölgəsində yanğın davam edir. SİA xəbər verirBu barədə Türkiyənin Kənd təsərrüfatı və meşə naziri Bekir Pakdemirli jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 125 yanğından 117-si söndürülüb və ya lokallaşdırılıb.
Nazir bildirib ki, yanğın yaşayış yerlərinə yaxınlaşdığı üçün təhlükəsizlik məqsədi ilə Muğlada 6 məhəllə boşaldılıb.
Ümumilikdə, Türkiyədə baş vermiş meşə yanğınları nəticəsində 8 nəfər ölüb.
Türkiyənin "Yeni Şafak" qəzetinin verdiyi məlumata görə, törədilmiş yanğınların məsuliyyətini PKK-ya bağlı "Alovun uşaqları" təşkilatı öz üzərinə götürüb. Təşkilat üzvlərinin açıqlamasında hadisənin hansı səbəbdən törədildiyi deyilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB