Naxçıvanın Daimi Nümayəndəliyi və Naxçıvan DİN - MƏLUMAT YAYDI

Naxçıvanın Daimi Nümayəndəliyi və Naxçıvan DİN - MƏLUMAT YAYDI

Bakı şəhərində Naxçıvan Muxtar Respublikasının Daimi Nümayəndəliyi və Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyindən SİA-ya verilən məlumata görə, çoxsaylı müraciətləri nəzərə alaraq bildilir ki, 01 iyul 2021-ci il tarixdən etibarən həyata keçirilən, Bakı şəhərində və respublikamızın digər rayon və şəhərlərində müvəqqəti yaşayan, Naxçıvan Muxtar Respublikasında daimi yaşayış qeydiyyatda olan muxtar respublika sakinlərinin istifadə müddəti bitmiş, itirilmiş yaxud da istifadəyə yararsız hala düşmüş şəxsiyyət vəsiqələrinin Bakı şəhəri, Rəşid Behbudov küçəsi-130 ünvanında yerləşən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsində müvəqqəti fəaliyyət göstərən Naxçıvan MR Daxili İşlər Nazirliyinin müvafiq əməkdaşları tərəfindən yenilənməsi prosesi 15 avqust 2021-ci il tarixinədək uzadılıb. Tel:(012) 590-64-43, 590-64-31.

Bütün xəbərlər Facebook səhifəmizdə