ADA-nın “Yay düşərgəsi” Azercell-də

ADA-nın “Yay düşərgəsi” Azercell-də

Lider mobil operator məktəblilərirəqəmsal fəaliyyəti ilə tanış etdi

Ənənəvi olaraq ADA Universitetitərəfindən yay mövsümü ərzində ölkənin müxtəlif orta məktəblərinin şagirdləri üçün təşkil olunan “Yay düşərgəsi” proqramı bu dəfə “İnformasiya Texnologiyaları həftəsi” çərçivəsində “Azercell Telekom” MMC-yə səfər etdi. Məktəblilər ilk olaraqən böyük Azercell Müştəri Xidmətləri Mərkəzində (Bəsti Bağırova küçəsi, 2) qonaq olub, ön masa arxasında Azercell əməkdaşlarının işini canlı olaraq izləyiblər. Onlar Azercell-də müştəriyə xidmət mədəniyyəti, müştəri məmnuniyyətinin əsasları, ön masa əməkdaşlarının abunəçilərin suallarını cavablandırması prosesi ilə bilavasitə tanış olublar.

Daha sonra Azercell şirkətinin baş ofisini ziyarət edən düşərgə iştirakçılarına şəbəkə texnologiyaları ilə bağlı məlumatlar verilib.Azercell-in ekspertləri tərəfindən mobil texnologiyaların növbəti inkişaf meylləri,əşyaların interneti, ümumilikdə İKTsahəsinin perspektivləri haqqında təqdimatlar keçirilib. Təqdimatlardan sonraməktəblilər üçün viktorinalar təşkil edilib vəAzercell tərəfindən hədiyyələr təqdim olunub.

Qeyd edək ki, Azercell şirkəti uzun illərdir ADA Universiteti ilə müxtəlif sahələrdə əməkdaşlıq edir. Şirkət ADA-nın təşkil etdiyi startap yarışmalarının tərəfdaşı qismində çıxış edərək karyera sərgilərində iştirak edib, universitetdə təhsil alan bir qrup xüsusi istedadlı tələbələrə təqaüd ayırmaqla onların fərdi və peşəkar inkişafına dəstək olub.

Azərbaycanda təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük önəm verən Azercell, həm də,istedadlı şagirdlərin informatika üzrə beynəlxalq olimpiadalarda iştirakını dəstəkləyir. Şirkət xüsusi qayğıya ehtiyacı olan 1000-dən çox uşağa “Busuu” dilöyrənmə tətbiqi üçün pulsuz kodlar və nömrələr təqdim edib. Bundan əlavə, Azercell şirkəti paytaxt və regionlarda “İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda şagird, müəllim və valideynlər üçün təlimlər də təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə