Sürücülərin təhlükəsizliyi üçün ayırıcı bordür inşa edilib

Bakı Nəqliyyat Agentliyinin təklifinə uyğun olaraq Heydər Əliyev prospekti əsas yolun “Bağırov” körpüsü kimi tanınan yolayırıcı tuneldən keçən hissəsində ayırıcı bordür inşa edilib.

Bu barədə SİA-ya Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Qeyd edək ki, sözügedən ərazidə qəzaların sayının çox olması nəzərə alınaraq belə bir təşəbbüs irəli sürülüb.

Bütün xəbərlər Facebook səhifəmizdə