46 ədəd ağac sınıb və onlar yığışdırılıb - QURUMDAN AÇIQLAMA VERİLDİ

Son günlərdə güclü külək şəraiti nəticəsində paytaxtın müəyyən bölgələrində ağacların sınaraq yola tökülməsi baş verir. Məsələ ilə bağlı Bakı Şəhər Yaşıllaşdırma Təsərrüfatı Birliyindən SİA-ya verilən açıqlamaya görə, dünən günün ikinci yarısından sonra güclənən külək nəticəsində Bakı şəhərinin bir sıra rayonlarında ağacların sınması hadisəsi baş verib: "Müəyyən yerlərdə ömrü keçmiş, çürümüş ağaclar sınıb və tökülüb. Trestin və mənzil kommunal birliklərinin əməkdaşları tərəfindən bütün gecə ərzində bu çatışmamazlıqlar aradan qaldırılıb. İndiki vaxta qədər 46 ədəd ağac sınıb və onlar yığışdırılıb. Hal-hazırda Birliyin əməkdaşları iş başındadır. Hər hansı bir hadisə baş verərsə, dərhal onu aradan qaldıracaqlar.

Müəllif: Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə