Azərbaycanın sosial-iqisadi inkişafı, islami dəyərlərin, islam mədəniyyət nümunələrinin mühafizəsi, islam həmrəylinin təmin edilməsi istiqamətində həyata keçirilən tədbirlər beynəlxalq ictimaiyyətin ölkəmizə marağının artmasında əsas amillərdəndir. Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən, ideyalarını gerçəkləşdirən Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin siyasətinin məntiqi nəticəsi olaraq ölkənin davamlı iqtisadi inkişafı təmin edilib, yerlərdə sosial-mədəni infrastruktur obyektləri yenidən qurulub, yeni istehsal, habelə, xidmət müəssisələri istifadəyə verilib.
Təbii ki, ölkəmizin müxtəlif istiqamətlər üzrə əldə etdiyi uğurlar, qlobal əhəmiyyətli bir sıra mühüm tədbirlərin təşkilatçısı kimi çıxış etməsi da töhfələr verir. Əbəs yerə deyil ki, bu gün Azərbaycan bütün dünya tərəfindən sülhün, əmin-amanlığın, barışın, birgəyaşayışın məkanı kimi qəbul edilir. Belə bir nüfuza malik Azərbaycanın uğurları dünya mətbuatının diqqətindədir. Son vaxtlar Azərbaycanın zəfəri, işğaldan azad olunan ərazilərə diplomatik nümayəndələrin, KİV-lərin səfəri, aparılan abadlıq və quruculuq işləri və s. dünya mətbuatının çapında yer alıb.
Dünyada geniş nüfuzu olan Azərbaycan əminliklə deyə bilərik ki, KİV-lərin maraq dairəsindədir. Bu günlərdə Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəsən, Goranboy rayonlarına, Naftalan və Gəncə şəhərlərinə səfərləri də dünya mətbuatının diqqətindən kənarda qalmayıb. Belə ki, Qırğızıstanın "turktoday.info" portalında dövlət başçısının Daşkəsən, Goranboy rayonlarına, Naftalan və Gəncə şəhərlərinə səfərləri haqqında materiallar dərc edilib. Portalda Azərbaycan Prezidenti İlham Əliyevin Daşkəsən rayonuna səfəri, Ulu Öndər Heydər Əliyevin abidəsini və Şəhidlər xiyabanını ziyarət etməsi, şəhərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə görülən işlərlə, "AzerGold" QSC-nin "Çovdar" İnteqrə olunmuş Regional Emal Sahəsinin fəaliyyəti ilə tanış olması, Azərbaycan Televiziyasına müsahibə verməsi ilə bağlı materiallar yerləşdirilib.Qeyd edək ki, "Çovdar" qızıl mədənində hasilat işlərinə 2016-cı ildən başlanıb və burada böyük yenidənqurma və infrastruktur işləri həyata keçirilib.
Bu günədək 259 min unsiya qızıl istehsal edilib, növbəti illərdə isə əlavə 338 min unsiya qızılın istehsalı planlaşdırılır. "AzerGold" QSC təkcə "Çovdar" yatağının istismarı nəticəsində ölkənin qeyri-neft məhsulları ixracatçıları arasında lider mövqeyə yüksəlib, qızıl və gümüş ixracından ölkə iqtisadiyyatına xarici valyutada 640 milyon manata yaxın vəsait cəlb edilib. İndiyədək ümumilikdə 245 min unsiyadan çox qızıl və 434 min unsiyadan çox gümüş ixrac edilib. Sayt Azərbaycan Prezidenti İlham Əliyevin Naftalan şəhərinə səfər etməsini, xalqımızın Ulu Öndəri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarətini və s. diqqətə çəkib.
Dövlət başçısının Naftalan Mərkəzi Sanatoriyasının açılış mərasimində iştirakı da portalda yer alıb. Müasir dövrümüzdə Prezident İlham Əliyevin təşəbbüsü və həyata keçirilən proqramlar sayəsində Naftalan şəhəri turizm sektorunda ön sıralara yüksəlib. Şəhərin əsasını sanatoriya–kurort infrastrukturu təşkil edir ki, bu da şəhərin turizm potensialının genişləndirilməsində, sahibkarlığın inkişafında mühüm rola malikdir. "Naftalan Mərkəzi sanatoriyası" da belə layihələr sırasındadır.Bütün bunlarla yanaşı, portal dövlət başçısının Goranboy Olimpiya İdman Kompleksinin açılışında iştirakı, Gəncə şəhərinə səfəri, Ermənistanın raket hücumlarının səbəb olduğu cinayət səhnələrinə baxması ilə əlaqədar məqalələr çap edib.
Dövlət başçısının Goranboy rayonunda Əlirzalı-Xan Qərvənd-Səfikürd-Tapqaraqoyunlu avtomobil yolunun açılışında iştirakı da portalda işıqlandırılıb. Avtomobil yolunun tikintisi 8 yaşayış məntəqəsinin rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasında, həmçinin bu bölgədə iqtisadiyyatın və kənd təsərrüfatının inkişafında mühüm əhəmiyyət kəsb edəcək.Uğurlu və dinimak inkişaf yolunda olan Azərbaycan Cənab İlham Əliyevin rəhbərliyi ilə böyük nailiyyətlərə imza atır və həyata keçirilən tədbirlər ölkəmizin dünya çapında yer almasına səbəb olub. Bu gün dünyanın hər bir qitəsindən Azərbaycan inkişaf etmiş müstəqil dövlət olaraq görünür.
Nəzakət ƏLƏDDİNQIZI
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB