BDU-nun rektor müşavirini və komendantı bıçaqlayan şəxs saxlanılıb
Bakı Dövlət Universiteti (BDU) rektorunun müşaviri Mirzə Mirzəyev və komendant Şahlar Bəgalıyev bıçaqlanıb.
DİN-in mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Mirzə Mirzəyev və Şahlar Bəgalıyevi bıçaqlamaqda şübhəli bilinən İsmixan Mirzəyev Yasamal Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı araşdırmalar aparılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB