Bu qidalardan uzaq durmanız məsləhətdir - ƏKS TƏQDİRDƏ - MÜSAHİBƏ

Bu qidalardan uzaq durmanız məsləhətdir - ƏKS TƏQDİRDƏ - MÜSAHİBƏ

Qida texnoloqu Ağa Salamov SİA-ya müsahibə verib. Həmin müsahibəni sizə, təqdim edirik.

- Marketlərdə bəzən şahidi oluruq ki, bananlar qaralmış vəziyyətdədir. Bu bananları alıb yemək olarmı?

- Bananları soyuducuya qoyurlar o da qaralır. Amma təzə qaralmağa başlamış bananı yemək insanı zəhərləməz. Ancaq mən tövsiyə edərdim ki, günlük ehtiyacı qədər alsınlar. Məsələn üç nəfərdisə 6 dənə banan alsınlar. Üçünü bu gün, üçünü isə sabah yesinlər.

- Gün ərzində nə qədər ət yemək olar?

- Kiloqramda bir qram zülal düşür. Onun 0,5-i heyvan mənşəli, 0,5-i isə bitki mənşəlidir. Biz heyvan mənşəli ancaq ət yemirik həm də qatıq, süd istifadə edirik. Buna görə də, heç olmasa yüz qram ət yemək olar.

- Yod azlığından əziyyət çəkənlər necə qidalanmalıdır?

- Əsasən ağartı məhsullarından yararlanmaq lazımdır. Xurma həmçinin çox faydalıdır. Himalay duzu və ya yodlaşdırılmış duzlardan bişirilən yeməkləri yemək lazımdır. Küləkli havada dəniz kənarında gəzinti bu baxımdan faydalıdır.

- Çörək yeməyənlər çörəyi nə ilə əvəz edə bilər?

- Çörək karbohidratdır. Odur ki, karbohidratı ancaq başqa karbohidratla əvəz etmək olar. Biz niyə deyirik ağ çörək yeməsin insanlar. Çünki ağ çörəkdə liflər olmur. Xalis buğda unu ilə bişirilən çörəklərin lifləri olur. Bu da orqanizm üçün çox faydalıdır. Həzm prosesini rahatladır.

- Qarın piylənməsinin qarşısını necə almaq olar?

- Boş karbohidratlardan, yəni şirniyyatlardan qaçmaq lazımdır. Həmçinin un məmulatlarından uzaqlaşmaq vacibdir. Bu baxımdan idman da böyük rol oynayır.

- Bəzən şirin yaşıl bibərin içinə moyonez doldurub üstünə də cipsi əlavə edirlər və onu dadırlar bu nə dərəcə doğrudur?

- Təbii ki, bir dəfə ilə bir şey olmaz. Ancaq bundan davamlı istehlak etdikdə mədədə xora, mədə eroziyaya və xoşagəlməz bakteriyaların artması halları baş verir ki, bu da mədənin sıradan çıxmasına səbəb olur. Həm də cipsi özü artimelitdir yəni xərçəngə səbəb ola bilər.

Turqay Musayev

Bütün xəbərlər Facebook səhifəmizdə