Arıqlamaq və yaxud kökəlmək istəyənlərin əsas istəyi - SƏN DEMƏ... - EKSPERTLƏR İZAH ETDİ

Arıqlamaq və yaxud kökəlmək istəyənlərin əsas istəyi - SƏN DEMƏ... - EKSPERTLƏR İZAH ETDİ

"İnsanların normal çəkisini saxlamaq üçün, sağlamlığı üçün hər bir orqanizmin özünün standart çəkisi olur ki, bu sümük, əzələ, piy toxumasına görə nəzərdə tutulur". Bu sözləri SİA-ya açıqlamasında sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyib.

Onun sözlərinə görə, bir insanın sağlam olması üçün, normal çəkisini saxlaması üçün və gündəlik həyati funksiyaları yerinə yetirməsi üçün sağlam və balanslaşdırılmış şəkildə qidalanması vacibdir: “Bunun üçün bir orqanizmə 40-dan 70-ə qədər günlük mikro və makro elementləri daxil etməsi vacibdir ki, bu da qidalar vasitəsi ilə olur. Ona görə də, biz qidalarımızı düzgün şəkildə bölməliyik. Hər gün kifayət qədər karbohidrat, yağlar, zülallar, minerallar və eyni zamanda maye ilə təmin etməliyik. Əgər, bu şəkildə bu qaydalara əməl etsək, orqanizm öz normal çəkisində olacaq. Amma hər hansı bir problemimiz varsa, burada artıq hər hansı bir xəstəlikdən və yaxud da qeyri-balanslaşdırılmış qidalanmadan söhbət gedə bilər”.

Məhsəti Hüseynova həmçinin qeyd edib ki, mütləq şəkildə əgər biz çəkimizi artırırıqsa, ilk növbədə biz qidamızın qida dəyərinə, miqdarına və hansı saatda yediyimizə diqqət etməliyik: “Əksər hallarda insanlar xarici görünüş üçün sağlamlığını nəzərə almadan arıqlamaq və yaxud kökəlmək istəyirlər. Qısa müddətdə arıqlamaq istəyənlər qida rasionundan vacib olan qidaları çıxardır. Bu qidaları çıxartdıqda həmin anda ona təsir etməsə, belə gələcəkdə təsirini göstərəcəkdir. Ümumiyyətlə insanda hər hansı bir çəki problemi varsa, peşəkarla düzgün şəkildə təyin olunmuş menyudan istifadə etmək lazımdır. Kor-koranə şəkildə internetdə, digər resurslarda olan pəhrizlərdən istifadə etmək olmaz”.

Mövzu ilə bağlı psixoloq Vüsalə Əmiraslanova fikir bildirib: “Kilo məsələsi əslində özgüvənlə bağlıdır. Elə insan var ki, başqalarının fikri ilə arıqlamağa və ya kökəlməyə üstünlük verir. Elə insan da var ki, kökdür, amma həmin kiloda özünü çox yaxşı hiss edir. Özgüvən o qədər yüksək olur ki, həmin insana qıraqdakı insanların fikri onun üçün önəmli olmur. Bəzi insanlar var ki, sırf psixoloji olaraq yeməyi yeyib sonra özlərini məcbur edirlər ki, yediklərini qaytarsın. Ümumiyyətlə arıqlama və kökəlmə məsələsi dietoloqun göstərişi ilə olmalıdır. Şəxsi münasibətlərdəki problemi belə gətirib kiloya bağlayanlar olur. Əsasən bu psixoloji xarakter daşıyır. Özündən narazı, travma alan, depresiyada olan insanlarda özünü daha arıq və ya kök görmə sindromu olur”.

Arzu Qurbanzadə

Bütün xəbərlər Facebook səhifəmizdə