Mükəmməl səyahətə kimlə çıxaq?

Mükəmməl səyahətə kimlə çıxaq?

Səyahətə çıxarkən nəzərə almalı oluğumuz bir çox amil mövcuddur. Özümüzlə götürəcəyimiz əşyalarla birgə, bizimlə səyahətə çıxacaq adamlar da önəmlidir. Belə ki, biz əmin olmalıyıq həmin adamlar bizim düşə biləcəyimiz çətin anlarda bizə kömək olacaq. Digər tərəfdən isə səyahətə çıxdığınız insanın dünya görüşü bizimki ilə üst-üstə düşməlidir. Yəni həqiqətən bir səyahətdən həzz almaq istəyirsinizsə sizinlə yola çıxan adamın xarakteri çox önəmlidir.

Məsələn həmin adamın nə dərəcə aktiv olub-olmaması önəmlidir. Siz bir adrenalin həvəskarısınızsa sakit təbiətli biri ilə heç vaxt mükəmməl səyahət edə bilməzsiniz. Belə ki, siz getdiyiniz ölkədə motorsikletlə dağ turuna çıxmaq istəyirsinizsə həmin adamı yola gətirmək çox çətin olacaqdır. Beləliklə gedəcəyiniz yerlərə və maraqlarınıza uyğun yol yoldaşı tapmaq önəmlidir. Siz yalnız bu cür öz səyahətinizin həzzini yaşaya bilərsiniz. Əks halda tək səyahət kifayət qədər sıxıcı və müəyyən zamanlarda da təhlükəli ola bilər.

Çıxdığınız səyahətdə gördüyünüz maraqlı hadisələri, mədəniyyətləri yol yoldaşlarınızla bölüşmək daha maraqlı ola bilər. Digər tərəfdən isə tək səyahətə çıxarkən oradaki mühitlə daha da iç-içə ola bilərsiniz. Həm də tək səyahətdə məsuliyyətini çəkəcəyimiz 2-ci bir adam olmur. Bu ilk başda daha müsbət bir cəhət kimi görünə bilər. Amma nəzərə almaq lazımdır ki, yanınızda yol yoldaşı olduqda siz də onun məsuliyyətindəsiniz. Beləliklə siz daha təhlükəsiz bir səyahət edə bilərsiniz.

Digər bir mənfi cəhət isə zamandır. Siz öz yol yoldaşınızla heç nəyi eyni zaman ərzində bitirə bilməzsiniz. Belə olduqda ya daima gözləməli ya da tələsməlisiniz. Məsələn siz yol yoldaşınızın hazırlaşması üçün gözləməkdən yorula və ya əsəbləşə bilərsiniz. Digər hallarda isə gözlədiyiniz adam sizin ailənizdən biridirsə bu mənalı ola bilər. Unutmayaq ailə qayğısı həm də uzaq yollarda bilinir. Məsələn övladınıza ya da xanımınıza kvadratsikl üçün düzgün kaska axtarmaq sizə əsl ailə qayğısını hiss etdirə bilər. Eyni zamanda bu qayğını yaxınlarınızdan görmək sizi daha rahat və xoşbəxt hiss etdirə bilər. Eyni zamanda siz ailənizlə unudulmaz xatirələr qazanıb övladlarınıza da nümunə ola bilərsiniz.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə