Hörmətli həmkarlar,
22 iyul- Milli Mətbuat günü münasibətilə Sizin hər birinizi ürəkdən təbrik edirik.
146 illik tarixi olan Azərbaycanın milli mətbuatı şərəfli və zəngin inkişaf yolu keçərək həmişə milli şüurun formalaşmasının təkanverici qüvvəsi, mütərəqqi ideyaların carçısı olmuşdur.
Bu gün də ölkəmizdə fəaliyyət göstərən media qurumları, informasiya agentlikləri, peşəkar jurnalistlər gündəlik qaydada ölkəmizin maraqları, rifahı naminə yorulmadan çalışırlar.
Vətənimizin müqəddəs sərhədlərinin mühafizəsi üzrə Dövlət Sərhəd Xidmətinin bölmələrinin xidməti-döyüş fəaliyyətinin işıqlandırılması, məlumatların operativ şəkildə ictimaiyyətə çatdırılması, gənc nəslin vətənpərvər ruhda tərbiyələndirilməsi kimi fəaliyyətlərdə media təmsilçilərinin töhfəsini xüsusi qeyd etmək istərdik.
Bir daha Sizləri bu əlamətdar gün münasibətilə təbrik edir, möhkəm can sağlığı, ailə səadəti və fəaliyyətinizdə yeni-yeni uğurlar arzula-yırıq.
Hörmətlə,
Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzi
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB