Xəzərdə hətta üzəməyi bacaran da batır - Suitilər insanları boğur - ARAŞDIRMA

Xəzərdə hətta üzəməyi bacaran da batır - Suitilər insanları boğur - ARAŞDIRMA

Yeni yay mövsümündə karantin qaydalarının yumşalması ilə birgə çimərliklərə axınların sayı da artıb. Bu səbəbdən də təbii olaraq bu mövsüm boğulanların sayı daha çoxdur. FHN hər il olduğu kimi bu il də çimərlik üçün yararlı olan yerləri müəyyənləşdirib. Xilasedicilər də öz növbələrində qayıqları ilə birgə fəaliyyət göstərirlər. Digər tərəfdən isə çimərlik üçün yararsız yerlərə üz tutanların sayı da kifayət qədərdir. Belə yerlərdə sualtı qayalıqlar, süxurlar və s. təhlükələr olur. Digər tərəfdən isə bu cür ucqar yerlərdə xilasedicilər xidmət göstərmir. Belə ki, bu il batanların çox olmasının əsas səbəbi çimməyin qadağan olduğu yerlərdə insanların üzməsidir.

Digər bir mühüm səbəb isə havaların küləkli keçməsidir. Belə ki, külək dalğalar yaradır, bu dalğalar isə sərt sahillərə dəyərək sualtı axınlar yaradır. Bu axınlar da insanları kifayət qədər dartıb apara bilər. Digər tərəfdən isə külək sualtı süxurları da aça bilir. Bu süxurlar isə qapanarkən burulğan yaradaraq insanları batıra bilir. Belə olduqda isə üzə bilən insanlar belə suyun altında havasız qalmalı olurlar. Burulğanın əksi istiqamətində üzmək üçün kifayət qədər fiziki güc və havasız qalmaq vərdişi tələb edir. Bütün bu səbəblərdən üzə bilən insanlar belə bəzən boğula bilir. İnsanlar belə halda elə hesab edirlər ki, dənizin altında kimsə onların ayağından çəkir. Bu da müxtəlif şayiələrin dolaşmasına səbəb olur. Əslində onları çəkən gözəgörünməz qüvvə yox, elə su axını, burulğandır.

Bəzi istisna hallarda isə dəniz canlıları da çimərliyə gələnlərə təhlükə yarada bilir. Məsələn, dəniz ilanları insanları sancarkən heç ağrı vermir. Amma 5-8 saat ərzində müdaxilə etməsəniz ölüm ehtimalı yaranır. Əlmətləri isə başağrı və dilin şişməsidir. Digər bir təhlükəli su heyvanı isə suitilərdir. Onların məqsədi insanlara zərər vermək olmasa da bəzən faciələrə yol aça bilirlər. Belə ki suitilər oynamaq məqsədi ilə insanları tutaraq suyun dərinlikləri darta bilirlər. İnsanlar isə havasız qalaraq boğula bilir. Nəticədə isə suyun üzündə qalan insan ölüsü digər dəniz canlıları ilə birgə suitilərin də yeminə çevrilir. Su heyvanlarının təhlükə yaratmasına səbəb isə son illər dəniz ovuna artan qadağaların olması və karantinə görə insanların sahillərdən uzaqlaşmasıdır.

Digər bir boğulma səbəbi isə qıcolmalardır. Ayaqların qıc olması zamanı hətta üzə bilən adamlar da bata bilir. Bu halların qarşısını almaq üçün bədənimizin qıcolmasına bələdiksə, mütləq yanımızda üzməyi bacaran biri ilə üzməliyik. Həm də futbol və digər idman oyunlarından sonra üzməkdən çəkinmək ən yaxşısıdır.

Müəllif: Zərdüşt Quluzadə

Bütün xəbərlər Facebook səhifəmizdə