Depressiya hansı əlamətlərlə özünü biruzə verir?

Depressiya və ya depressiv pozuntu günümüzün ən çox yayılan xəstəliklərindən biridir. SİA xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən inkişaf etmiş ölkələrdə ən çox əlilliyə səbəb olan 3 xəstəlikdən biridir. Təxminən hər 7 insandan biri həyatının hər hansı bir zamanında depressiv epizod keçirir. Depressiya zamanı daha çox rast gəlinən əlamətlər aşağıdakılardır.

- Əhval ruhiyənin aşağı olması;
- Zövq aldığınız işlərin artıq zövq verməməsi, maraqsız gəlməsi;
- İnsanın özünü günahkar hiss etməsi;
- Əsəbilik, kiçik şeylərin həddindən artıq gərginləşdirməsi;
- Yuxu pozulması (həddindən artıq yuxu istəyi və ya yuxusuzluq);
- Günlərlə sürən yorğunluq hissi;
- Adaptasiya pozulması, diqqətsizlik;
- Ümidsizlik;
- Ölüm və ya intihar barədə düşünmək;
- Bu və ya bəzər düşüncələr insanın normal halda rahatlıqla edə biləcəklərini olduqca çətinləşdirir. Həyat keyfiyyətini olduqca aşağı salır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə