YAP fəalları və gəncləri qazilərimizi ziyarət ediblər - FOTO

Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı tərəfindən Vətən müharibəsi şəhidlərinin, qazilərin və iştirakçıların ailələrinə daim diqqət və qayğı ilə yanaşılır. SİA-nın verdiyi məlumata görə, 21 iyul tarixində Qurban bayramı münasibətilə Yeni Azərbaycan Partiyası Xəzər rayon təşkilatı fəalları və gəncləri tərəfindən ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yaralanmış 51 nəfər qazimiz ziyarət edilmiş və onlara bayram sovqatları paylanılıb.

Bayram payı alan qazilərimiz bu əziz gündə kəsilən qurbanların Allah tərəfindən qəbul olunmasını diləyib, Qurban bayramının xalqımız və millətimiz üçün xeyirli-uğurlu olmasını arzulayıb, ölkə rəhbəri Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya xoş arzularını ifadə ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə