Deputat şəhid ailələrinə, aztəminatlı ailələrə qurban payı göndərib

89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə Milli Məclisin deputatı Məzahir Əfəndiyev ərazi üzrə Birinci və İkinci Qarabağ Müharibəsi şəhid ailələrini, aztəminatlı ailələri, Göyçay şəhər “Əbülfəzlil Abbas” və “Mərkəz” məscidlərinin, həmçinin Ağdaş rayon Xosrov kənd “Hacı Bulud”, Ağdaş şəhər “Hacı İsmayıl”, “Hacı Osman”, “Üç Qovaq” və “Məşəd” məscidlərinin icmasını Qurban bayramı münasibəti ilə təbrik edərək onlara qurban payı göndərib.

Şəhid aiələrinə başsağlığı bildirilərək şəhidlərimizin ruhu dərin hüznlə yad edilib. İkinci Qarabağ-Vətən müharibəsində Ali Baş Komandan, Böyük Sərkərdə İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun xalqımıza yaşatdığı Qələbə nəticəsində şəhidlərimizin qanının yerdə qalmadığı vurğulanıb.
Eyni zamanda aztəminatlı ailələr də diqqətdən kənarda qalmamışdır, ziyarət edilərək onlarla söhbət aparılmış,seçiciləri narahat edən məsələlər öyrənilmiş və problemlərin müsbət həlli istiqamətində aidiyyatı qurumlara sorğular göndərilmişdir.

Əhalisinin 96 faizi müsəlmanlardan ibarət Azərbaycan müsəlman dünyasının ayrılmaz parçasıdır və tarixən İslam mədəniyyətinin inkişafına misilsiz töhfələr bəxş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...