Məişət tullantıları poliqonu yanır

Məişət tullantıları poliqonu yanır

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Sumqayıt şəhəri ərazisində yerləşən məişət tullantıları poliqonunda yanğın olması barədə məlumat daxil olub. Bu barədə SİA-ya FHN-in Mətbuat xidmətindən bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb olunub. Hal-hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə