"Fikir, söz və məlumat azadlığının qorunması ilə bağlı vəziyyət..." - ƏMƏKDAR JURNALİST ŞƏRH ETDİ
“Bu gün Azərbaycanda fikir, söz və məlumat azadlığı, fikir plüralizminin qorunması ilə bağlı vəziyyət kifayət qədər normaldır. Ölkəmizdə fikir plüralizminə yaradılan şərait, müstəqil medianın inkişafına, jurnalistlərimizin fəaliyyəti və sosial durumlarının yaxşılaşdırılmasına göstərilən diqqət və qayğı göz önündədir. Fikir, söz və məlumat azadlığı, sərbəst düşüncənin ifadə olunması üçün hüquqların təmin olunması medianın və bütövlükdə müasir informasiya cəmiyyətinin söykəndiyi əsas dəyərlər olmaqla bərabər, ölkənin demokratik inkişaf səviyyəsini müəyyənləşdirməyə imkan verən vacib elementlərdəndir. Hazırda mediamızın inkişafı ilə bağlı yeni bir mərhələyə də qədəm qoyduğumuzu da vurğulaya bilərik. Bu həm də Azərbaycan mediasının inkişafı və yeni çağırışlara hazır olmasını ilk növbədə hədəfləyən bir proses kimi qiymətləndirilməlidir”. Bu fikirləri SİA-ya açıqlamasında “Əməkdar Jurnalist” Vüqar Zifəroğlu deyib.

Onun sözlərinə görə, cənab Prezidentin 12 yanvar tarixli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun əsasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin yaradılması olduqca əhəmiyyətli bir hadisədir: “İnanırıq ki, Medianın İnkişafı Agentliyi öz fəaliyyəti ilə mediamızın tərəqqisində əhəmiyyətli rol oynayacaq, onun maddi-texniki bazasının yaxşılaşdırılmasına böyük dəstək verəcək. Ümumiyyətlə, bu dəstək mediada müasir texnologiyaların və innovasiyaların tətbiqini stimullaşdırmaqla yanaşı, XXI əsrin çağırışlarına cavab verən peşəkar medianın formalaşmasına gətirib çıxaracaq, bir sözlə mediamızın nüfuzunu daha da artacaq. Medianın İnkişafı Agentliyinin yaradılması ölkəmizdə medianın inkişafına, qlobal informasiya məkanında baş verən trendlərin, dəyişikliklərin operativ şəkildə izlənməsinə, medianın fəaliyyətini daha çevik və məhsuldar şəkildə yenidən təşkil etməyə imkan verəcək. Fərmanda qeyd edildiyi kimi, burada söhbət yeni tendensiyaların öyrənilməsindən, medianın fəaliyyətini yeni tələblər əsasında qurmaqdan gedir. Medianın İnkişafı Agentliyinin yaradılması medianın inkişafı ilə bağlı strategiyanın hazırlanması, media ilə bağlı proseslərə çevik reaksiya verilməsi baxımından önəmlidir. Bu mənada yeni medianın hüquqi tənzimlənməsi mexanizmlərinin hazırlanması baxımından da Agentliyin üzərinə vəzifələr qoyulub. Agentlik, eyni zamanda, onlayn mediada mövcud nizamsızlığı və mətbuat azadlığından sui-istifadə hallarının da aradan qaldırılmasında önəmli rol oyanacaq. Agentliyin nizamnaməsində onlayn media, çap mediası və audiovizual media işinin qurulması və onların inkişafına nail olunması istiqamətində görüləsi işlərin konturları öz əksini tapıb ki, bu da olduqca önəmli məqamdır. Agentlik artıq öz fəaliyyəti ilə, əsasən təşkil edilən seminarlar və treninqlərlə bir sıra uğurlara imza atıb”.
V. Zifəroğlu vurğulayıb ki, artıq bir neçə aydır Medianın İnkişafı Agentliyi, bütün media subyektləri, jurnalistlər və bu sahənin mütəxəssisləri və ekspertləri ilə "Media haqqında" qanun layihəsini müzakirəsini aparır: “Rəylər dinlənilir, təkliflər nəzərə alınır, tələblər qeyd edilir. Ümumiyyətlə jurnalist cameəsinin bu Qanundan gözləntiləri çoxdur. Qanun ilk növbədə ölkə mediasının ən vacib, strateji sənədi olaraq nəzərdən keçirildiyindən, aparılan müzakirələr də çoxşahəli və hərtərəflidir. Belə demək mümkündür ki, nəticə etibari ilə, müasir media sisteminin tələblərinə uyğun və eləcə də çağırışlarına cavab verəcək bir Qanun təqdim edilməlidir. Qanunda ilk növbədə əsas vurğu medianın inkişafında yeni mərhələnin başlanmasının əksidir. Media sahəsində fəaliyyət azadlığı, jurnalist fəaliyyətinin təminatı, media sahəsində dövlətin vəzifələri, media reyestrinin hazırlanması, vahid press-kartların verilməsi və sair bu kimi məqamlar bunun əyani sübutudur. Şübhəsiz ki, hazırlanan qanun 19-cu əsrdən başlayaraq böyük və şanlı tarixi yol keçmiş, öz ənənələri və dəyərləri olan Azərbaycan mediasının 21-ci əsrdə əsas istinad sənədi olmalıdır. Bu isə çox önəmli məqamdır”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB